Yoruldum
Dünyanın yükünü çəkdim,
Öz yükümü çəkəmmədim Yoruldum..... Yoruldum ikiüzlülərdən, Yoruldum xisləti məkrli, Hiyləgər tülkülərdən. Yorulmadım savaşdan, Yorulmadım Hər gün çəkdiyim əzabdan, gileydən, intizardan. Yoruldum nadanlardan, anlamazdan, qanmazdan. Yoruldum Nizamiyə fars, Xəyyama əyyaş Xaqaniyə nəsturi Füzuliyə şikayətçi, Hadiyə anlaqsız, Məshətiyə əxlaqsız Nəsimiyə qəliz Cəlladlara rəhbərimiz deyənlərdən! Yoruldum hələ də Bakıxanova Razin, Qədim Gəncəyə Bu gün də Kirovabad deyənlərdən. Yoruldum Atatürkü ateist, Nazim Hikməti kommunist, Şarlatanaı dindar Zalımı adil hökmdar olan cəmiyyətdən, Utandım belə cinayətdən. Yoruldum sandıq tulası kimi, Anım tədbirlərində faciəmizə çəpik çalanlardan.... Yoruldum Işğal günlərini boş-boş vədlərlə Təmtəraqla qeyd edib, Saxta danışanlardan. Yoruldum ATƏT -dən ,,kömək" umanlardan. ,,Sülh ilə torpaq alanlardan" Yoruldum cılız düşüncə aşılayan, Boynuyoğun milyoner məmurlardan, Xalqdan dəm vurub özlərini qoruyanlardan. Yoruldum neft səltənətində milyonlar, milyonçular ölkəsində Yarıac, yalavac vətəndaşların naləsindən. Dünyanın yükünü çəkdim, Öz yükümü çəkəmmədim Yoruldum..... Mənim yüküm bu millətin yüküdür!! Mənsə onu çəkəmmirəm Yoruldum!!!... Fərid Muradzadə |
İlhamınız coşkulu, gönlünüz heyecanlanmış…
Şair; kaleminiz iyi şiirler yazmış...
.................................................... Saygı ve selamlar..