Gecikmiş etiraf
Bu gün sənin ad günündür ,
Nə yazım ? Əvvəl eşqdən yazım sonrasa pozum. Pozum ki gec gəlmiş etirafların, Yerində sadəcə bir təbrik yazım- Ad günün mübarək! Başqa nə yazım? Yazım ki bilmədim keç günahımdan Yazım ki qorxuram eşqin ahından? Yazsam ki bağışla nə dəyişəcək, Ömrün xəzanında yazmı gələcək? Yazım ki şirindir xatirən, adın Sən ey yad qoynunda uyuyan qadın. Allahın günahsız bəndəsi yoxdur, Şeytanın insana vəsvəsi çoxdur. Sapdırır, aldadır yoldan insanı, Şeytana uymayan o insan hanı? Mən sənə nə yazım, Sən söylə barı, Necə daşıyacam bu günahları? Nə yazım gəncliyin şirin sevdası, Nə yazım qəlbimin həzin laylası? Yazım ki xatirən bir -bir ötüşür , O güzgülü salon yadıma düşür? Onlar şahid oldu çox görüşlərə, Onlar şahid oldu ilk öpüşlərə. Yadında,tutardıq necə əl-ələ, Eşqin qanadında qalxardıq peykə, O günlər geriyə dönəydi keşkə. Yenə bir olaydıq, birgə olaydıq, O dəli sevdaya yenə yanaydıq. Tez-tez soruşardım nə eyləmisən, Sənə zəng etmişəm , sən görməmisən. Deyərdin nə bilim işim çox olub- Yemək bişirmişəm, paltar yumuşam, Sonra da bir azca zaman tapanda Onda da məcburən dərs oxumuşam. Mən sənə mə yazım , nə yazım axı Mən sənə yazım ki görüşdən sonra, Sabahı həsrətlə qarşılayardım. Yazım ki işdə də planlar çəkib Sabahkı görüşü arzulayardım. Yadında saçını necə sevərdim, Buruq tellərinə antenn deyərdim. İllər yola saldım gözümdə yaşla , Göz yaşım qarışdı yağan yağışla, Mən sənə nə yazım indi bu yaşda , Yazım ki əfv eylə, yəni bağışla?! Yazdım ki nə olar, məni bağışla! Fərid Muradzadə |
Dost kalem emeğine sağlık…
Okuyarak beğendim…
.................................................... Saygı ve selamlar..