Yetər daha
Səhər-səhər cuşa gəldi damarda qan,
Ruhu belə düşmənlərə qan udduran , Dövlət yıxıb,dövlət quran - Atilla xan ,Mete xaqan , Hardasınız ? Baxın indi türk övladı nə haldadır, Düşmən indi rahat keyfi-damaqdadır. Unudublar uyğurların əsarətin Unudublar köləliyin məşəqqətin. Unudublar ,çünki indi azaddırlar, Türklər yoxdur deyə artıq rahatdırlar, Yoxdur artıq qarşısında duran bəndlər , Əfsanədir Minq dövründən qalan sədlər. Sizə həsrət qalıb artıq Qansu, Sintzizyan. Oyan ey türk oğlu oyan! Xeyrinə işləmir zaman. Qurd ulayır aram-aram , Tenqri dağda,Altaylarda. Çin əlində əsir qalıb uyğurlar da. Köməyi yox,harayı yox Türkü,türkə qırdırırlar Tülkü kimi oyunbazlar Türküstanı param -parça böldürürlər , Türklər yatdıb oyanmazlar , Zənn edirlər anlamazlar . Belə getsə tarix dönər,ayılmasaq Fitrət dövrü bir də olmaz. Heç doğulmaz qurd ürəkli,qurd xislətli türk övladı, Baxaq indi kim verəcək Türkə haqqı. Ərəbləşən,kiçikləşən Türkdən vallah türk olmaz ki Onlar bunu yaxşı bilir Bu gedişlə türk övladı ayılmaz ki. Döyüş ruhu ölür artıq Yetər daha olanları seyr elədik,,filmə,, baxdıq! |
Çok çok güzel bir şiir, okuyanı etkileyici ve dokunaklı olmuş…
Şiir sev, Şiir oku, Şiir yaz...
..................................... Saygı ve selamlar..