Cavab eyle(qifilbend)Kim yıxandır,kim yıxılan Kim azandır, kim azdıran, Sual etdim dəli ozan, Buyur buna cavab eylə. Bir diz üstə dişin tökən, Diri-diri cismin gömən, Hansı şeyxdir ,dindən dönən, Buyur buna cavab eylə. O nədir ki işıq saçar, Öz oduna özü yanar, O nədir ki özün yaxar, Buyur buna cavab eylə. O kimdir ki tən bölündü, O nədir ki kəm bölündü, Nə var oldu çən bölündü, Buyur buna cavab eylə. Kimdir dar ağacın yenən, ,,Dar ağacı, salam " deyən, Mən səninlə varam deyən, Buyur buna cavab eylə. Fərid Muradzadə. 02.12.2018. 00:19 |
Yüreğine kalemine sağlık
__________________________________Selamlar