ne bilesen nece olur ezizim
Nə biləsən necə olur, əzizim
Nə biləsən necə olur əzizim, Göz yaşını gizli-gizli axıtmaq. Paralanıb,yaralanmış ürəyi Gecələri göz yaşıyla ovutmaq. Nə biləsən necə olur, əzizim, Varlıq ikən yoxluğuna yön tutmaq. Ürəyimin alovunu közünü, Ağrılarla, acılarla soyutmaq. Nə biləsən necə olur əzizim, Mürgüləyən xatirəni oyatmaq Bir pərdənin iki simin bir anda, Segah üstə yana-yana oxutmaq. Nə biləsən necə olur əzizim, Yalqızlıqdan ağlı çaşıb kəm olmaq. Dərin-dərin xəyallara qarışıb, Ölə-ölə ötənlərə qayıtmaq. Fərid Muradzadə |
bazı yerlerde takılsam da
inceleyip okudum
araştırırken kendi ülkenizde yayınladığınız başka şiirlerinizi de okuma fırsatım oldu
tebrikler...