Günah yumaq olarmı?
Yalandan bu qədər nə bələnmisən,
Şərab badəsitək silələnmisən, Niyə göz yaşını sel eləmisən, Göz yaşında günah yumaq olarmı? Kimi inandırar bu sızlamaqlar, Saxta göz yaşıyla qəlb dağlamaqlar, Yalan hıçqırıqla, qəlp ağlamaqla, Göz yaşında günah yumaq olarmı? Gövhəri yalançı, ləli yalançı, Bu necə doğrudur əli yalançı, Gözləri yalançı, dili yalançı, Göz yaşında günah yumaq olarmı? Daha olan olub, nə faydası var , Yıxıb sürükləyir səni günahlar, Yumaz günahını nə yağış, nə qar, Göz yaşında günah yumaq olarmı? Səndə nə mərəz var ,sağala bilmir, Cismin can çəkişir can ölə bilmir, Ruhun günahlardan qurtula bilmir, Göz yaşında günah yumaq olarmı? Fərid Muradzadə |
Konuşan kaleminizden siir, yureginizden sevgi eksik olmasin…
.................................................... Saygı ve selamlar..