Kaş bir ada olaydi
Kaş bir ada olaydı!
Şahə qalxan dalğalar Ona layla çalaydı. Qumlu sahillərini, Ləpələr yalayaydı. Kaş bir ada olaydı! Tənha, hamıdan uzaq. Onu mən kəşf edəydim, Qalan bütün ömrümü Olaydım orda qonaq. Kaş bir ada olaydı! Könlüm istəyən kimi. Yalçın qayalarında, Ruhum dinclik tapaydı Özü istəyən kimi. Kaş bir ada olaydı! Yayda günəş şüası, Qışda dəli küləklər Orda at oynadaydı. O ada da gecələr Yalquzaq ruhum kimi, Hərdən tənha qalaydı. Doluxub insan kimi, Doyunca ağlayaydı. Göz yaşı qarışaydı Mavi dəniz suyuna. Coşub-daşan dalğanın Hayına, harayına. Kaş bir ada olaydı Bu gileyli dünyada, Bax o balaca ada, Ruhumun sığındığı Gözəl dünyam olaydı Kaş o ada olaydı! Fərid Muradzadə. 16.07.2019 20:25 |
ESİR TÜRK İLLERİ HÜRRİYET BULSUN
TÜRK İSLAM ALEMİ NEŞEYLE DOLSUN
“HER GÜNÜMÜZ BAYRAM TADINDA OLSUN
KURBAN BAYRAMINIZ MUBAREK OLSUN”… … İsmailoğlu Mustafa YILMAZ.
......................................... Saygı ve selamlar..