Görüşümə qaçardın.
Xınalı kəklikdin, nazlı kəpənək,
Mənim ürəyimi ovlayan mələk, Sən, ələ öyrəşmiş körpə quzu tək, Hər gün görüşümə qaçardın mənim. İndi hardan alım ötən günləri, Unuda bilmədim ala gözləri, Şirindil, gülərüz,alagöz pəri, Hər gün görüşümə qaçardın mənim. Kənardan dayanıb səni süzərdim, Tələsə-tələsə yolu keçərdin, Quş tək çırpınardı köksündə qəlbin, Hər gün görüşümə qaçardın mənim. Sən dərsə gələrdin, zinətsiz, zərsiz, Hardadır o vaxtlar, qəmsiz-kədərsiz, Qohumdan, qardaşdan, dostdan xəbərsiz, Hər gün görüşümə qaçardın mənim. Fərid Muradzadə 04.06.2019 |
_____________________________Salam