3
Yorum
7
Beğeni
5,0
Puan
663
Okunma
Xəyallarla yaşayarsan,
Əşyalarla danışarsan
dəli kimi,
Ətrafında olanlar da anlamazlar
səni vallah
Mənim kimi.
Ayrı-ayrı adamlarsız
Nə olsun ki bir evdəsiz
Nə olsun ki bir yerdəsiz.
Nə olsun ki bir yatırsız,
Nə olsun ki o günahsız uşaqları
Görüntüylə aldadırsız!
Siz onsuz da yad olmusuz,
Bir-birizdən uzaqsınız.
Aranızda işıq ili,
Aranızda qaranlığın qara seli.
Bir də qaranlıq dünyanda
Mən varam, mən!
Səni candan artıq sevən,
Səni qəlbinə həkk edən.
Pərvanə kimi,
Alovda yanacağını,
məhv olacağını
Bilə-bilə oda girən
Mən, mən!
Kiminə biganə,
Kiminə divanə ,
Bəs günahkar kimdir?
Mən ,sən, yoxsa zəmanə?
Bilmirəm!
Amma bu bizik;
Xəyallarla yaşayan,
Dəli kimi danışan
Hamını anlayan,
Özü anlaşılmayan
Mövcud,amma mücərrəd!
Fərid Muradzadə
5.0
100% (5)