Turana gedən yol
Turana gedən yol
Çəkilib araya tikanlı sərhəd, Neçə canlar alıb bu qanlı sərhəd. Araz taleyinə sərhəd yazıldı, Hansı qanla əllə qismət yazıldı? O hansı soysuzdu soyu qurutdu, Urmiya gölündə suyu qurutdu. O hansı dindardır kafirlə əlbir, Bir xalqı sorğusuz ikiyə bölür. Hanı tarixlərin qədim Təbrizi? Dövlətlər paytaxtı, dövlət mərkəzi. Burda məşrutələr acı sonlandı 21 Azər də qana boyandı. Sonra bir qəribə inqilab oldu, Hər şey dəyişildi, lap bərbad oldu. İstibdad dəyişdi orda donunu, Rejim hey sümürür xalqın qanını. Din deyib inancı heçə endilər, Mənliyi, ərliyi yerə gömdülər. Təpədən dırnağa şeytan olanlar, Söylədi nə qədər şirin yalanlar. Amma bu millətin ruhu mübariz, Hələ də qaynayır aramla Təbriz! Ey Turan mülkünün yetkin övladı, Eşit, qurd ürəkli türkün övladı. Ələ olanları xəlbirdən keçir Gözündən,könlündən, qəlbindən keçir, Anla, yaddaşına həkk elə bunu Turana gedən yol Təbrizdən keçir! Fərid Muradzadə |
Şair daim hakikati zikreder
Kaleminize ve emeğinize sağlık
Kıymetli Üstadım
Tebrik ediyorum
Başarılar dilerim
Selâm ve Duâ ile