Görmüşəm
Günahkar çoxdu dünyada,
Ədalət yoxdu dünyada, Şair dostum, bu dünyada, Neçə qəlbi boş görmüşəm. Qudurmuşun, harınların, Mərhəmətsiz insanların, Qisası pis olanların, Ürəyini daş görmüşəm. Dünya adlı oyunbazın, Bu hiyləgər ,yaramazın, Bu fırıldaq qumarbazın, Hər vaxt zərin şeş görmüşəm. Kötəklənən kölələrin, Qılınclanan kölgələrin, Məzlum, məsum körpələrin, Gözlərini yaş görmüşəm. Qəlbi dərdli, dili nalan, Eli viran, yurdu talan, Haqqı deyib candan olan, Neçə-neçə baş görmüşəm. Fərid Muradzadə. 28.5.2019 |
Emeğine yüreğine sağlık usta
______________________________________Selamlar