İlahi,mənə yer ver.
İlahi, mənə yer ver,
Bir çuxura axım mən. Bir ovuc su olmuşam, Söylə, hara axım mən? Sol tərəfim quruyub, Ümidlər ölüb artıq. Məni kədər bürüyüb, Sevinc tərk edib artıq. Bu sonsuz kainatda, Sənə sığınıram mən. Bu amansız həyatda, Yaman sıxılıram mən. İlahi, bu dünyada , Əhdə vəfa görmədim. Çox çəkdim cəfasını Zövqü-səfa görmədim. İlahi, mənzilimə Yolumu yaxın eylə. Dərgahında yer ayır, Dünya dolub gileylə. Fərid Muradzadə |
Duyguları anlatan şiiri beğenerek okudum…
Okunan şiir güzellikler sunar…
............................................ Saygı ve selamlar..