BIR QURUCA ADAM MƏN
Böyütmə məni gözdə,
Çəkmə adımı sözdə. Qalmışam cığır-izdə, Bu dünyaya yadam mən. Hərdən məni anarsan, Nə anlayıb qanarsan? Yaxın durma, yanarsan, Ocaqdakı odam mən. Dinlə məni a bəyim, Varım-yoxumu deyim. Vallah yoxdu heç nəyim, Bir quruca adam mən. Hicran qəhrə əzdirib, Əzab düzdə gəzdirib. Həyat məni bezdirib, Acıtəhər dadam mən. Öz halımı bilirəm, Yaşamıram, ölürəm. Bəzən dərddən gülürəm, Elə bilmə şadam mən. |
Yüce yürekten yine çok duygulu bir şiir dile gelmiş…
Kutlarım…
Şiir sev, şiir yaz, şiir oku...
...................................... Saygı ve selamla.