2
Yorum
3
Beğeni
5,0
Puan
579
Okunma
Hər evin təməli kişiyə bağlı,
O da gərək haqqla bərabər olsun.
Olmasa kişinin namus-qeyrəti,
Zəlildən də zəlil, lap betər olsun.
Yaxşı qadın evin orta dirəyi,
Bəd arvad saxlayar şeytan ürəyi.
Vaxtında verməsə çayı-çörəyi,
Çəkdiyi zəhməti qoy hədər olsun.
Oğul oğuldursa barı yetirər,
Oğul şəkildirsə varı itirər.
Nankor oğul dərdi-qəmi gətirər,
Pis övladı görüm dərbədər olsun.
Gəlin-qız hər evin gülü-çiçəyi,
Arsız olacaqsa yaxşıdır nəyi?
Acıdil, həyasız atar əməyi,
Yedikləri daim qəm-kədər olsun.
Əflatun gördüyün söyləyir sizə,
Harda yaramaz var, soxulur gözə.
Bir kəs ki baxmasa ağıllı sözə,
Yeri cəhənnəmdir, qoy gedər olsun.
5.0
100% (1)