OLAN BİLİR
Hər adam nə bilir mərifət nədir,
İnsanlığı əhli-hal olan bilir. Ortaya şər atıb, ara qatmağı Ağıldan-kamaldan kal olan bilir. Qul haqqı yeyənin tez solduğunu, Nahaqqın yerini haqq aldığını, Qürurun, mənliyin nə olduğunu Arsızlar yanında lal olan bilir. Əflatun, sən yetir buna diqqəti, Nurlu adamlardan gəzmə gen qəti. Həqiqi sevgini, saf məhəbbəti Həsrətdən qaməti dal olan bilir. |
Duygu yüklü şiir okumaktan haz ve keyif aldım…
Beğendim…
Şiir sev, şiir yaz, şiir oku...
...................................... Saygı ve selamla.