Müsəlman bizik
Quran ayələrinə yanlış yanaşanlar üçün
Əqli kamal sahibi insanlarıq. Elm ilə yoğrulmuşuq, irfanlarıq. Dərk eliyib ayələri anlarıq. Məzhəbini bərk tutanı danlarıq, Haqqı deyən doğru müsəlman bizik! Vəsf eliyir ayədə Rəhman, bizik! Biz silərik tarixi nöqsan deyib. Çün onu Allah demir, insan deyib. Həm də bunu ayeyi – Qur’an deyib. Qardaşımız, sirdaşımız, can deyib, Məsləhətin saymayan insan bizik! Bilgimizin ziddinə duşman bizik! İslam üçün çəksədə zəhmət Əli. Xaliq üçün etsədə xidmət Əli. Tarix olub, kimdi ki həzrət Əli? Adi bir insandı cəmaət Əli! Dövrümüzün canlısı, Qur’an bizik! Təbliq edən ayəni hər an bizik! Sözlərimiz qatma qarış olsada. Tez vurarıq sözlə naxış, olsada. Baxmarıq səmtə çağırış olsada. Ayələrə fərqli baxış olsada, Haqlı bizik, vəhdətə büryan bizik! Birlik üçün can qoyan qurban bizik! Çıx oxu meydan bizik! Sünnülərə yan bizik! Şiə müsəlman deyil, Həq yola şayan bizik! Müəllif: Anar Əhəd |
Kalemin susmasın
____________________________Selamlar