EYLƏYİBDİRŞiirin hikayesini görmek için tıklayın Arxivimi eşələyirdim. Əlimə 1985-ci ilə aid şerlər olan şagird dəftəri keçdi. Vərəqlədikcə köhnə xatirələrim gözümdə canlandı. Xəyalən bir günlük o illərimi yaşadım.
Dağ Borçalının Yırğançay kəndi. Ömrümün xoşbəxt uşaqlıq çağlarını yaşadığım bu doğma kənddə bir dostum vardı. Ustad aşıq Mahmud Mustafa oğlu Hacıyev. Şirin avazı ilə könülləri ovsunlayan bu xalq ozanı gəncliyindən göz nuruna həsrət qalmışdır. Buna görə də özünə " Söngün " təxəllüsü götürmüşdür. O vaxt mən poçtda işləyirdim və aşıq Mahmudla demək olar ki, hər gün görüşürdüm. Qəzetlərdəki məlumatları məndən öyrənirdi. Bəzən məni evinə aparar, axşama kimi buraxmazdı. Səliqə ilə yazılmış şer dəftərlərini mənə oxutdurar, diqqətlə qulaq asardı. Çox güclü hafizəsi vardı. Bilmədiyi üç bəndlik yeni bir şerə bircə dəfə qulaq asar, sonra sazı sinəsinə basıb şirin avazla oxuyardı. Bir dəfə özünün bir yanıqlı şerini " Mansırı " havasında oxudu. Çox təsirləndim. Ordaca bir qoşma yazıb özünə oxudum. Bir dəfə dinləməklə dərhal əzbərləyib " Qəhrəmanı " havasında oxudu. Bu gözəl el aşığı 1996-cı ildə 65 yaşında Haqqın rəhmətinə qovuşub. Allah rəhmət eləsin. O vaxt ona yazdığım şeri indi tapıb sizə təqdim edirəm əziz dostlar. Xatirələr məni kövrəltdi. Ruhunuz şad, ovqatınız xoş olsun!
Mahmud əmi, sözün alova dönüb,
Yandırıb qəlbini köz eyləyibdir. Sənin gözlərinə fələk qıysa da, Sinənə dastanlar iz eyləyibdir. Elimin nəğməli, şən bülbülüsən, Şirin avazısan, şirin dilisən. Bu qoca dağların axan selisən, Tanrı qismətini saz eyləyibdir. Əflatun vurğundu sən tək insana, Hər sözün-söhbətin yayılır cana. Demə ki " Söngünsən " sən yana-yana, Gözəllər eşqinə naz eyləyibdir. 29.07.1985. |
Gönlüne ve kalemine sağık...
............................................... Saygı ve selamlar..