EYLƏMİŞƏM
Gecələr sübhə qədər mən ki fərağ eyləmişəm,
Gözəlim, mən yuxunu gözdən irağ eyləmişəm. Ulduzlar həmdəm olub söhbətimə, hər sözümə, Dalmışam xəyallara, Aydan sorağ eyləmişəm. Batmışam dərdi-qəmə, andıqca hey vüsalını, Başıma öz əlimi bil ki, darağ eyləmişəm. Hər anım ilə dönür sən yadıma düşən kimi, Çözülür xatirələr, könlü varağ eyləmişəm. Yoxdur ki səndən özgə Əflatuna məhrəm ola, Hicrini qəlb evimə əziz qonağ eyləmişəm. 22.07.2018. |
Kutlarım...
Gönlüne ve kalemine sağık...
............................................... Saygı ve selamlar..