3
Yorum
5
Beğeni
5,0
Puan
543
Okunma
Camaat qaz vurub, qazan doldurur,
Mən şeir yazıram, məndə baxda bax.
Hansı şair qazanc görüb şeirdən,
Dəftər sənə, sən dəftərə bax da bax.
Gileylənir arvad sakit, sərincə;
Sən yazını tök qarşına, sər incə.
Necə edək, söylə sənin sərincə,
Həsrət qalıb ətə-yağa, bax, tabax.
Ay Əflatun, durma daha, sən yeri,
Gör harda var, axtar bir gəlir yeri.
İndi ki göynəyir yeddinin yeri,
Belə getsə olacağıq bax, dabax *
Dabax - burada " umsunmaq " mənasında.
5.0
100% (3)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.