KİMSE HATIRLAMAZ BENİ
***
Kimsə xatırlamaz məni... təkcə tumsatan qadın "mərhaba" söylər ağızucu, bir bardaq tumun xətrinə, mədəm qıcqırar bəzən zəhər kimi acı dünyanın dadlılarına, və alıb keçərəm. Tum kimi qapqara əlləri qoxuyar onunçün həyat... aramızda yalnız bir mərhabalıq insan ilişgisi, və yan keçən arabaların fitinə səksənən beş addım məsafə... Kimsə xatırlamaz məni, və doğduğum günü, təkcə anam bilərdi... ən böyük acısını çəkmiş ömrünün məni doğururkən. Bu bəbək qalmaz demişlər... mən qaldım və yaşadım, anamsa öldü, o gündən kimsə məni xatırlamaz, təkcə tumsatan qadın "mərhaba" söylər ağızucu... ölmədiyim günlərin hesabını aparıram daha,həm də həyatdan vaz keçmədən, məni unudanların inadına... *** |