1
Yorum
3
Beğeni
5,0
Puan
434
Okunma
Bilirəm sənindir daş,oturduğum,
Çəkəndə yavaşca çək yıxılmayım.
Adam yıxılanda utanan olur,
Sən allah bəri dur,tək yıxılmayım.
Yüz ilin başında bəhrəm ağacdı,
Elə işim- gücüm dəhrə- ağacdı,
Çıxdığım bu ağac pöhrə ağacdı,
Böyründən birini ək yıxılmayım.
Fələk də,çarxı da öz adətində,
Dönür barmağının şəhadətində,
Yıxılım səcdəyə ibadətində,
Eyləyib Allaha şəkk, yıxılmayım.
Nə qəza eyləyim,nə borca düşüm,
Ya xeyrim olsun,ya xərcə düşüm,
Gözündən düşəndə hamarca düşüm,
Düşüm asta-asta,bərk yıxılmayım.
V.S.E.
<>
5.0
100% (2)