GÜLÜM QIRMIZI
***
*** Bəyaz bildim əkdim səni xəzanda, Qırmızı açmısan gülüm,qırmızı. Yandırır atəşin səni yazanda, Gülüm,sənə çəkir külüm qırmızı. * Baldı,dodağında şana batmışam, Dadmışam kalından qana batmışam, Xına boyanmışam,xına batmışam, Yanağın qırmızı,əlim qırmızı. * Ömrümün günümün qara vaxtı mı, Saçım nədən böylə,qara baxdı mı, Ağköynək eləyib qara baxtımın Üstündən geyinim gəlim qırmızı. * Darıxdım o yanda xarı bülbülə, Yarı gülə çəkən,yarı bülbülə, Verim mi,köçəsən sarı bülbülə, Bəzənib durmusan gəlin qırmızı. * V.S.E. * |
Sade bir dil, akıcı bir anlatım, vurgular yerli yerinde
yürekten gelen bir sesleniş. kutlarım...