Qəzəl - Ürəyimdən keçəni
Dilək etdim dilədim mən, ürəyimdən keçəni,
Nəsə baş tutmadı Allah diləyimdən keçəni. Elə bir dərdə salıb Tanrı sınağ etdi məni, Tanıdım hər kəsi, bir – bir ələyimdən keçəni. Neçə insan sözünün yarəsi qəlbimdə bitib, İti xəncər kimi hər söz kürəyimdən keçəni. Məni bir zirvəli dağ zənn eliyən yaltağa bax! Görürəm qəlbini artıq ətəyimdən keçəni. Qələmim oldu səbəb car eləsin dərdi Anar, Elə dindirdiki yazdım fələyimdən keçəni. Müəllif: Anar Əhəd |