Qəzəl - Üsyan çıxarın
Rəməl bəhri
Fə’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün Bu məhərrəm yığılıb bir yerə üsyan çıxarın, Yararaq baş gözü, al qan olaraq can çıxarın. Mən təfəkkürdə olan zənciri qırmaqda olum, Siz gedin məscidə zəncir vuraraq qan çıxarın. Nə gərək var axı, qan tökməyə dəccal yarana? Hər məhərrəm çıxarırsız belə şeytan çıxarın. Hüseyn oldu şəhid haqqı ədalət yaşasın, Özünüzdən yeni adət, yeni dövran çıxarın. Anarın gözləri durmaz Hüseyn ismi gələ, Olmayanlar mənə şahid, məni duşman çıxarın.! Müəllif: Anar Əhəd |