Hz Hüseyn
Mən yazardım sözümü qəmdən ibarət Hüseyn,
Nə götürsün acı qəmdən axı millət Hüseyn? Mənə ilhamdı gələn şübhə deyil, sorğu deyil, Baxıram dində olan adətimiz doğru deyil. Mənə, həq söyləməyim zərrə qədər qorxu deyil, Sənə cahildən edim təkcə şikayət Hüseyn. Bir nida həsrətini çəkmisən ildən ilə bax. Geri dön, üzmə dəniz dalğaların, sahilə bax. Hədisin hikmətini anlamayan cahilə bax, O bir ilhamdı olub bizdədi əlbət, Hüseyn! Hansı rəhbər buyurub cismini zəncirlə sarı? Birinin ismini hallandıra bilsəydi barı. Verdi iman nuru aləmlərin Pərvərdigarı, Bu səbəbdən mənə ağırdı cəhalət Hüseyn. Oturub səncə ümid bağlamağın xeyri nədi? Hər məhərrəm sənə yas saxlamağın xeyri nədi? Sənə göz yaşı töküb ağlamağın xeyri nədi? İntiqam olmasa almaq mənə qismət Hüseyn. Yenə bir səhv tutacaqlar Hüseyndən deyənə, Deyəcəklər dəlidir dərdini söylər ölənə. Ölü əsla demə gəl Tanrı üçün can verənə, Çoxu dərk eyləmiyir ayədə hikmət Hüseyn. Mən yazardım sözümü qəmdən ibarət Hüseyn, Nə götürsün acı qəmdən axı millət Hüseyn? Müəllif: Anar Əhəd |