Qəzəl - Utansın
Hər kim ki, salıb qəlbinə pis niyyət utansın,
Allah eliyər qəlbə nəzər əlbət, utansın. Sərvət dolu ölkəmdə kasıbsansa utanma, Qoy qarə qızılnan öyünən dövlət utansın. Dünya özü nemət dolu, yoxsullara gəl bax, Kimlər ki, yığır qəbri üçün sərvət utansın. Ey əvvəli nütfə, sonu torpaq, sənə heyrət! Bir an düşünərkən eliyən ibrət utansın. İnsan yaradıb, cənnətə layiq bilib Allah, Bədbəxtdi bu dünyaya verən qiymət, utansın. Şairdi Anar, söz düzərək güzgü yaratmış, Öz eybini kim görsə, edib diqqət utansın. Müəllif: Anar Əhəd |