Qəzəl - Oyan
Ey özündən bixəbər qafil, oyan.
Həqqə gəl ki, həq deyil batil, oyan. _____________________İ.Nəsimi. ------------ Nəzirə ------- Ey təfəkkürdən uzaq cahil, oyan. Kəm ağıldann nə olar hasil? oyan! Baxma zahid elmə çox vaqif olub, Olma hər bir kəlməyə mail, oyan. Gəl düşün həqqi götür əqlin ilə, Həqqə sən olmaq üçün nail, oyan. Qır təfəkkürdə olan zənciri sən, Etmə Tanrı nemətin zail, oyan. Mən Anar həqqi özümdən yazmıram, Həqq fəqət həqdən olur nazil, oyan. Müəllif: Anar Əhəd |