Qəzəl - İlahi
Verdin mənə qəm, qüssə, kədər çəkdim İlahi,
Çəkməzdi bunu bircə nəfər, çəkdim İlahi. Rəssam belə bir mənzərədən çəkməyə aciz, Gəl gözlərə bax, bəhri xəzər çəkdim İlahi. Allah sınıyar dostu çətin yollu sınağnan, Bildim nə üçün mən bu qədər çəkdim İlahi. Şeytan mənə yol tapmaq üçün cəhd eliyəndə, Səbrim ilə bu yolda çəpər çəkdim İlahi. Xoş gündə unutsam Səni, Ya Rəbb, mənə qəm ver, Sənsiz keçirən anı zərər çəkdim İlahi. Tanrım Anarı qoyma ki, Sənsiz qala bir an, Şeytan mənə utdurdu zəhər, çəkdim İlahi. Müəllif: Anar Əhəd |
Kalemin daim olsun
________________________________Selamlar