Torpağa səcdə
Torpaqdı möhür, eyləmirəm büt, dağa səcdə,
Et səcdəni etmiş necə Mövla, Ağa səcdə. Zahirdə görürsən eliyir Adəmə səcdə, Batində mələklər eliyib torpağa səcdə. Xəlq eyləmisən Sən məni oddan, onu gildən, Mən üstünəm ondan, eliyim alçağa səcdə?* Bir səcdə ki Allah buyuran səcdə deyilsə, Gəl incimə, dəyməz atılan dırnağa səcdə. Həq söz de Anar, xəlq görə Allah necə vermiş, Qopmuş budağından eliyən yarpağa səcdə. Müəllif: Anar Əhəd |