BU DÜNYA MƏNLİK HA DEYİL
Göylərdən soraq umuram,
Bu dünya mənlik ha deyil. Zər-zoruna göz yumuram, Bu dünya mənlik ha deyil. Verdiyinə minnət qoyur, Susdunmu, bağrını oyur, Soğan tək qabığım soyur, Bu dünya mənlik ha deyil. Şeytanı çoxalıb yaman, Başlar soyuq, tüpü-boran, Oğraş olub indi zaman, Bu dünya mənlik ha deyil. Getsəm gözüm qalmaz gerdə, Nə qandım ki mən bu yerdə? Dəliyəmmi gələm birdə, Bu dünya mənlik ha deyil. 27.10.13. |
Yüreğine kalemine sağlık
Yüreğin susmasın
______________________________________________Saygılar