1
Yorum
1
Beğeni
5,0
Puan
1103
Okunma
Şagird odur ustadıyla bir ola,
Kənardan dolansa yol azar, azar.
Yüz də natiq olsa, alim yanında
Kəlmə söyləyəndə dil azar, azar.
İtirib ağlını, batma günaha,
Bir gün əldən gedən gəlməz ki daha.
Məcnun kimi “Leyli” deyən Allaha,
Sərgərdan dolanar, çöl azar, azar.
Dilini böhtandan çalış kənar et,
Zehnini elmlə, hikmətlə oyat.
Əflatunun sözlərini yaxşı tut,
Nəsihət itirən bil, azar, azar.
24.10.2013.
5.0
100% (1)