YOXDUR(Vaqifsayağı zarafatyana) Payız gedir, yavaş-yavaş qış gəlir, Bizim evdə hələ odun da yoxdur. Qaz heç ələ gəlməz, nöyüt də baha, Yeyəcək-içəcək adında yoxdur. Arvad da bezdirib məni, deyinir, Üst-üstdən yamalıq, cırıq geyinir. Qonaq gəlsə evə gözdən yayınır, El-obada belə qadın da yoxdur. Mən yazıq bu dərdi kimə söyləyim, Bilmirəm çarəni, axı neyləyim? Nə qədər nəsihət, öyüd eyləyim? Keçmiş günlərimiz yadında yoxdur. Kəsilib hər yerdə ruzi-bərəkət, Əkində xeyir yox, torpaq şorəkət. İndi deyin, necə edim hərəkət, Nə yesən ağzında dadın da yoxdur. Xalqa bu gen dünya bizə olub dar, Eyləyirəm gecə-gündüz ahu-zar. Əflatun, deyirlər adın-sanın var, Allaha şükür ki, adın da yoxdur. 20.11.13. |
Bizim evdə hələ odun da yoxdur.
Qaz heç ələ gəlməz, nöyüt də baha,
Yeyəcək-içəcək adında yoxdur.
Arvad da bezdirib məni, deyinir,
Üst-üstdən yamalıq, cırıq geyinir.
Qonaq gəlsə evə gözdən yayınır,
El-obada belə qadın da yoxdur.
Mən yazıq bu dərdi kimə söyləyim,
Bilmirəm çarəni, axı neyləyim?
Nə qədər nəsihət, öyüd eyləyim?
Keçmiş günlərimiz yadında yoxdur.
Kəsilib hər yerdə ruzi-bərəkət,
Əkində xeyir yox, torpaq şorəkət.
İndi deyin, necə edim hərəkət,
Nə yesən ağzında dadın da yoxdur.
Xalqa bu gen dünya bizə olub dar,
Eyləyirəm gecə-gündüz ahu-zar.
Əflatun, deyirlər adın-sanın var,
Allaha şükür ki, adın da yoxdur.
20.11.13.
Vay menim gara günlü dostum gış geldi kapıdan bastırdı niçe olaçax halın
Sene yazzığım gelir yaxın olsaydın birez odun tezzex göndererdim........)))
Çox gözeldi içten duyqular vardı haz aldım oxuyanda
Üreyin qelemin susmasın usta
______________________________________Salam olsun sana