HAQQA ÇAĞIRIŞ
Yeri-göyü yaradan, özü birdir, sözü bir,
Dünyamızı yox yerdən yaradanın özü bir! Yaratdığı dünyanın içinə sevgi salmış, Əvəzində dünyadan əhdi-peymanı almış. Bütün varlıq aləmi hər zaman ona möhtac, Onsuz məhəbbət olmaz, onsuz ruhumuz bir ac! Odur verən inamı, etibarı-ilqarı, Onu tanımaqladır dünyanın dövlət-varı. Ölçülmür qızıl pulla insanlığın sambalı. Bəndələr olmamalı var-dövlətin hambalı. Yaratdığı bəndənin ruzisini verəndir, Hər kəsin əməlini, işlərini biləndir. Onun sifətləriylə özümüzü bilməli, Anlayıb əyrimizi, düzümüzü bilməli. Var-dövlət əsirləri unutmuş həqiqəti, Şeytan pərdəsi tutmuş, gözləri görməz qəti. Əqidəsi, amalı çürüyüb külə dönmüş, Məhv olmuşdur mənliyi, eşqinin odu sönmüş. Şeytana əsgər olub dünyanı talayırlar, Harda dinclik görünür, odlara qalayırlar. Siyasət meydanına çevirib bu aləmi, Qarışdırır dünyanı, görür dərdi-ələmi. Allaha düşmən olan bəşərə bir yağıdır, Haqqı görə bilməyən, ayaqların bağıdır. Yer üzündə ədalət olmalı Allah ilə, İnsanlar çəkməməli əzab-əziyyət, çilə! Allahı tanıyarsa haqqı ilə hər millət, Şeytan əsarətindən qalmaz əsər-əlamət. Bunun üçün Allaha daim dua etməli, Ədalətin uğrunda palıd kimi bitməli. Baxmayın ikiüzlü siyasət oynayana, Birləşin ey insanlar, dünyamız gəlsin cana! Birlikdədir ədalət, Haqqın rəhmət sədası, Birləşərsə müsəlman, neylər şeytan gədası? Bir duraq, bir oturaq, üzümüz Haqqa sarı, Gəlin birlikdə olaq ey Haqqın yolçuları!!! |
Yüreğine kalemine sağlık
Yürek sesin hiç susmasın
______________________________________________________Saygılar