BU GECƏ (Qədr gecəsi üçün)
Qədr gecəsidir mübarək, əziz,
Min aydan xeyirli olar bu gecə. Rəhmət qapıları açılar lay-lay, Qəlbə ilahi nur dolar bu gecə. Mələklər bəzəyər bu yer üzünü, Dillər zikr eyləyər Allah sözünü. Möminlər axtarar Haqqin izini, Ariflər heyrətə dalar bu gecə. Mərhəmət istəsən, sən ondan dilə, Odur qovuşduran bülbülü gülə. Saf niyyətlə Haqqı gəzən könülə, Rəbbim nəzərini salar bu gecə. Yoldan azanlara heç verməz aman, Onun qəzəbi də yamandır, yaman. Şeytanlar zəncirə vurulan zaman, Günahkar-günahkar mələr bu gecə. Əflatun, dilində Quran sədası, Odur hər söhbətin gözəli, xası. Kəsilər taqəti, məhv olar asi, İl uzunu yadda qalar bu gecə. 03.07.13. |
Min aydan xeyirli olar bu gecə.
Rəhmət qapıları açılar lay-lay,
Qəlbə ilahi nur dolar bu gecə.
Mələklər bəzəyər bu yer üzünü,
Dillər zikr eyləyər Allah sözünü.
Möminlər axtarar Haqqin izini,
Ariflər heyrətə dalar bu gecə.
Mərhəmət istəsən, sən ondan dilə,
Odur qovuşduran bülbülü gülə.
Saf niyyətlə Haqqı gəzən könülə,
Rəbbim nəzərini salar bu gecə.
Yoldan azanlara heç verməz aman,
Onun qəzəbi də yamandır, yaman.
Şeytanlar zəncirə vurulan zaman,
Günahkar-günahkar mələr bu gecə.
Əflatun, dilində Quran sədası,
Odur hər söhbətin gözəli, xası.
Kəsilər taqəti, məhv olar asi,
İl uzunu yadda qalar bu gecə.
03.07.13.
Qedr gecen mübark ay aşşıx ne gözeldi çok sêvdim
Salam olsun usta qeleme