AY HƏMİD (Dostum Həmid Ormanlıya)
İstəyirdim o dağları gəzməyi,
Gəldin, getdin sən əlüstü ay Həmid. Dağlar bizi haraylayır "Gəl" deyə, Qulağımda bu nə səsdi ay Həmid? Oğul istər seyrə çıxsın yurd yerin, Sinə dolu içə çəksin gül ətrin, Aşıq çalsın, şair yazsın söz sətrin, Çəkdiyimiz hicran bəsdi ay Həmid. Ormanımız gözü yolda, gözləyir, Əmlik quzu durub dalda, gözləyir, Şana-şana şirin bal da gözləyir, Bu da məndə bir həvəsdi ay Həmid. Bir yad edək, yağılara qalmasın, Qarı düşmən elə talan salmasın, Pardaxlansın, bu yurdumuz solmasın, Namərd işi yaman nəhsdi ay Həmid. Sən xatirə, mən şerlər düzərəm, Obaları, oymaqları gəzərəm, Düşünmə ki, əziyyətdən bezərəm, Dost gəlişi ömrə süsdü ay Həmid. Gəl dolanaq nazlı yurdun başına, Zəhər qataq müxənnətin aşına. Ortaq olaq Borçalının yaşına, Bir çoxundan o da küsdü ay Həmid. Ormeşənə, Yırğançaya "CAN" deyək, Gözəlləri vəsf eləyək, xoş öyək. Bulaq üstə isti kabab gəl yeyək, Əflatunun budur qəsdi ay Həmid. 01.08.13. |
Yüreğine kalemine sağlık
Yüreğin hiç susmasın
___________________________________________________________________Saygılar selamlar......