ƏL HƏMDU LİLLAH
Yaradan aləmi "Kün" kəlməsiylə,
Qadiri-Sübhanım, əl həmdu lillah. Hər iki aləmin xaliqi sənsən, Mehriban Allahım, əl həmdu lillah. Bütün kainatı yoxdan var edən, Cənnəti kafirə sönməz nar edən, Səndən həyalanan, səndən ar edən Möminə pənahım, əl həmdu lillah. Varlığın gizlidir, adın aşikar, Səni tanımayan zəlil, günahkar. Sənə baş əyənə axirətdə yar Olan ey İlahım, əl həmdu lillah. Sənə sığınmışıq, sənsən varımız, Dünya qazancından budur karımız. Ümid yerimizsən, qiblə yerimiz, Sən ey səcdəgahım, əl həmdu lillah. Bu əziz gecədə yetiş imdada, Sənə üz tutana verməzsən qada. Əflatunam, başım yolunda fəda, Ey ulu dərgahım, əl həmdu lillah. 02.08.13. |
Sənə sığınmışıq, sənsən varımız,
Dünya qazancından budur karımız.
Ümid yerimizsən, qiblə yerimiz,
Sən ey səcdəgahım, əl həmdu lillah.
Bu əziz gecədə yetiş imdada,
Sənə üz tutana verməzsən qada.
Əflatunam, başım yolunda fəda,
Ey ulu dərgahım, əl həmdu lillah.
02.08.13.
Ustaca anlatımdı beğeni ile okudum yüreği kalemi selamlıyorum
Yürek sesin hiç susmasın üstadım
____________________________________Saygılar