DÜZƏLƏN DEYİL
Bu dünyanı mən ki belə görürəm,
Bu dünya deyəsən düzələn deyil. Sifətini ala-bula görürəm, Bu dünya deyəsən düzələn deyil. Millətlər qarışıb biri-birinə, Yalanlar sırınır doğru yerinə. Arvad kələk gəlir evdə ərinə, Bu dünya deyəsən düzələn deyil. İndən belə əsr nədi, il nədi, Dünənki gün bu gün üçün köhnədi. Boyat xörək adamlara öynədi, Bu dünya deyəsən düzələn deyil. Tarixin yaddaşı dərindir qardaş, Onu qurdalasan olarsan çaş-baş. Qiyamət görsənir bax, yavaş-yavaş, Bu dünya deyəsən düzələn deyil. Ölümdən betəri bol zəmanədə, Ağrısı, kədəri bol zəmanədə, İnfarktı, şəkəri bol zəmanədə, Bu dünya deyəsən düzələn deyil. Qaydası belədi əzəldən bəri, Qananı ağlatmaq olub hünəri, Tərsinə fırlanır indi təkəri, Bu dünya deyəsən düzələn deyil. Hara baxsan fırıldaqdı, yalandı, Qoca dünya nə vaxt buna utandı? Əflatun alışıb oduna yandı, Bu dünya deyəsən düzələn deyil. 04.11.10. |