Ə. Əylislinin "Daş yuxular" əsərinə qınaqArxadan xalqına xəncər atmağa, De necə vicdanın yol verdi sənin? Bu qədər namərdlik hardandı səndə, Buzlaşıb ürəyin, ya qardı sənin? Burnundan gələcək xalqın çörəyi, Gözünü tutacaq sənin əməyi. Olmusan hayların, “yan”ın gərəyi, Qapanıb gözlərin, ya kordu sənin? Atdın ayaqlara sən bu milləti, Görmədin can verən neçə şəhidi? Yox imiş insanlıq səndə ki, qəti, Bir belə dönüklük axı nə idi? Erməniyə qucaq açmısan nədən? Sənə onlarınmı yalı xoş gəlir? Beyinsiz cəsədsən, başsız bir bədən, İndi Azərbaycan səni yox bilir. Bir zaman Həmzətov ləkə yaxanda, Bütün Azərbaycan qan içindəydi. O özgə millətdi belə baxanda, Səndəki bu hikkə nədi, nədəndi? Belə cızma-qara yazılarınla, Hansı mükafata göz dikmisən sən? Sənin mükafatın şəhidlər ahı, Ən alçaq, vicdansız bir kölə sənsən! Ad-sanın var idi, səni sevərdik, Maraqla göz dikib hər əsərinə. Şəninə çox yüksək tərif deyərdik, İndisə nifrətdi onun yerinə. Gör nələr çəkmədi bu xalqın başı, Tarixə nəzər sal, onda bilərsən. Hələ qurumamış millətin yaşı, Nə üzlə barışıq sən ki, dilərsən? Babəki yağıya satan erməni, Sənsə Balayanla dostluq edirsən. Həzi Aslanova atan erməni, Yenə barışığa doğru gedirsən? Tək Qarabağdımı od tutub yanan? Laçın, Kəlbəcərin halına bir bax. Füzuli, Qubadlı odlara giryan, Ağdamın yolları bizdən çox uzaq. Zəngəzur əsirdi yağı əlində, Naxçıvan anadan aralı qalıb. Bayatı Təbrizin ağlar dilində, Borçalı aləmə hay-haray salıb. Pənah xan bu yerdə alsa meydanı, Sözümüz nə olar ona, bilmərəm. Hələ Şah Xətai soruşsa, hanı Böyük Azərbaycan? Dinə bilmərəm. Mən bilə bilmirəm nə üçün, nədən, Üzün millətindən bu cürə çöndü? “Məşhur bir müsəlman nümayəndəsi, Məşhur bir erməni tipinə döndü!” Hardan qaynaqlanır bu “Daş yuxular”, Hamıya bəllidi, sən də bilirsən. Yazından üfunət, dəhşət qoxular Ətrafa saçılır, sənsə gülürsən. Elə bir daş vurdun Azərbaycana, Ağrısı yüz il də kəsməz ay Əkrəm. Düşmənin atdığı daşlar bir yana, Bu sənin daşındı, verdin “pay” Əkrəm? Ölüb bu torpağa qarışmağa da, Hələ ürəyində bir istək də var? Vətəni əl üstə vermisən yada, Bil ki, qəbirin də olacaqdı dar. |