GƏRƏK (gəraylı)
Nəsihətlə ağıl olmaz,
Allah verə ağlı gərək. Dilin kəlmə söyləyəndə, Qəlbin ona bağlı gərək. Hədər yerə coşmayasan, Qaynayıban daşmayasan, Sən həddini aşmayasan, Ola dilin yağlı gərək. Hər bir sözün məqamı var, Yerli-yersiz eyləmə zar, Əflatuna vermə azar, Sözlərin də haxlı gərək. |
Nəsihətlə ağıl olmaz,
Allah verə ağlı gərək.
Dilin kəlmə söyləyəndə,
Qəlbin ona bağlı gərək.
Hədər yerə coşmayasan,
Qaynayıban daşmayasan,
Sən həddini aşmayasan,
Ola dilin yağlı gərək.
Hər bir sözün məqamı var,
Yerli-yersiz eyləmə zar,
Əflatuna vermə azar,
Sözlərin də haxlı gərək.
Ne gözel yazıpsan usta kelemiye sağlık
çox severek oxudum
Ka saxlığnan salam..............