SƏN YADIMA DÜŞÜRSƏN
*******
Bir nazlı qız görəndə sən yadıma düşürsən, Bir gözəl üz görəndə sən yadıma düşürsən. Yazanda ilk sətrimi sən yadıma düşürsən, Gün açanda çətrimi sən yadıma düşürsən. Külək əsir,söyüdlər saçını darayır,bax, Gün doğur,açır sabah- sən yadıma düşürsən... Bir qız keçir önümdən. Əlindəki o,həmən qərənfildi,rəng i qan. O qızı gördüyüm an sən yadıma düşürsən. Açıb bəyaz yelkəni dəniz çağırır məni,oxsayıram ləpəni- sən yadıma düşürsən... Sahildə qumruları yemləyirəm hər axşam. Üzü dənizə sarı durmuşam,dayanm ışam. Bir cüt cavan sevgili öpüşürlər gizlicə. Lal dəniz,sakit gecə- sən yadıma düşürsən. Bir oda var ağlımda. Sınıq qapı,qırıq cam... Gönlümün rübabını çalır həzin xəyallar, qüssəliyəm bu axşam. Yanımda qərib gölgən saçlarımda bəyaz dən, Sən yadıma düşmüsən, sən yadıma düşmüsən. *** |