BU GECƏ
******
***** Mənə o şərabdan bir qədəh süzün, Unudum kədəri,qəmi bu gecə. Bilməm hardan belə yadıma düşdü, Ömrümün cavanlıq dəmi bu gecə. * Xəyallar can verdi gönül quşuma, Qayıtdım,baş vurdum on beş yaşıma. Nələr gətirmədi sevda başıma. Hələ ağzımdadı tamı bu gecə. * İçdim xəyalları mən udum-udum, Zülmətdən özümə köynək toxudum. Özüm öz başıma çaldım,oxudum, Ağladı kamanın bəmi bu gecə. * Gündüzəm,gün batıb günsüz qalmışam, Sünbüləm,tökülü b,dənsiz qalmışam. Soyuq yatağımda sənsiz qalmışam, Bəs kimi çağırım,kimi bu gecə. *** |