İSTƏDİYİM HAQDIR MƏNİM!
Həqiqətə nəğmə düzüm,
Haqq ilədir mənim sözüm. Başqa şeydə yoxdu gözüm, İstədiyim haqdır mənim! Necə gedim qeyri izə, Yazılanlar gəlir başa. Bu yollarda dönəm daşa, İstədiyim Haqdır mənim! Könlüm coşur bu sevgiylə, Həm zikirlə, həm öygüylə, Yaş gözümdə gilə-gilə, İstədiyim Haqdır mənim! Yunus kimi eşqə düşəm, Bu eşq ilə dağlar aşam, Haq yolunda coşub-daşam, İstədiyim Haqdır mənim! Haqqa vurğun yaranmışam, Hər an onu mən anmışam, Canımda bir can sanmışam, İstədiyim Haqdır mənim! Özgəsinə yox həvəsim, Allah eşqi mənim bəsim. Qoy ucalsın belə səsim, İstədiyim Haqdır mənim! Dilimdədi ismi-Kərim, Ona qurban canü-sərim. Onunladır hər hünərim, İstədiyim Haqdır mənim! Əflatunam mən bu yolda, Dayanmışam kəlam dildə. Vəsf edirəm qələm əldə, İstədiyim Haqdır mənim! |