DAĞLARA
İnsan oğlu əzəl başdan vurulubdur dağlara,
Oxuyubdur neçə nəğmə şirin ötən çağlara. İlhamının mayasını vüqarından alıbdır, Arzusunun istəyiylə döndəribdir bağlara. Bir igidlik nəğməsidir qartalların qıy səsi, Ətəyində xoş duyulur isti ana nəfəsi. Ona görə valeh edib yaxın-uzaq hər kəsi, Uğurunda sipər edib sinəsini oxlara. Məhəbbəti ürəklərdə əbədi bir iz salıb, Əzəmətli duruşuyla sevənlərə həyan olub. Əflatuna ana kimi şirin laylalar çalıb, Övladları bir can kimi sarılıbdır dağlara. |