QOŞMA
Bir el məsəlidir: "Arxalı köpək
Deyərlər, qurd basar" haray salanda. Zər-qumaş yerinə keçirər, bəzər Yalanı-yanlışı, arxa olanda. Sözünü tutmazlar tək olan kəsin, Bir kimsə eşitməz harayın, səsin. Dünya cənnət olsa olmaz həvəsin, Yazığa dönərsən tənha qalanda. Əflatun, gözləmə mehriban olar, Namərd bir tikandı, əlini dalar. Fürsət düşən kimi amansız çalar, Mərhəmət axtarma əfi ilanda. |