GECƏLƏR DÜŞÜNÜRƏM
Düşüncəm, xəyallarım
Sevincim, qəmim olub. Yuxusuz gecələrim Mənim həmdəmim olub. Aləm yatır, yuxuda Şirin röyalar görür. Mənimsə xəyallarım Sözdən misralar hörür. Deyirəm nə yaxşı ki, Bu gecələr var imiş. Ən yaxşı sözlər elə Gecələr deyilərmiş. Bir gecənin qiymətin Verə bilməz min gün də. Boş-mənasız nə qədər Söz deyilər bir gündə. Sözlər də insan kimi, Gündüz haraylı, çılğın. Gecələr olandasa, Gah mülayim, gah dalğın. Gündüz deyilən sözlər Səni incidər, yorar. Gecənin nəğmələri Zehnini nura boyar. |
Selam ve muhabbetle...