OXUNUR (qəzəl)
Dünya mülkü dururkən üqbaya Quran oxunur,
Sədası canə düşür, elə ki hər an oxunur. Dövr edir çərxi-fələk, hər gündə bir dona girir, Şahları dara çəkən ol hökmü-fərman oxunur. Zülmə rəvac verilir, məzluma ah-nalə düşür, Yandırır mülkü-malı, dillərdə aman oxunur. Küfr meydan sulayır aləmi alıb başına, Yenə əhli-möminin könlündə iman oxunur. Ədalətin uğrunda çırpınırkən əhli-bəşər, Zalımların dilində haq sözə meydan oxunur. Belə qalmaz bilirəm, bu dünyanın sahibi var, Dərd bilən ol həkimin dilində dərman oxunur. Sığın uca Allaha, səbr eylə gəl ay Əflatun, Neçə min dərdi-qəmə çarə hər zaman oxunur. |