KİMİ (Qəzəl)
Aqillər söz danışar söhbəti-cananə kimi,
Cahillər çox çalışar kəlməni qanana kimi. Söz bilən əhli-halın işləri çox zora düşər, Nadanlar dürr kəlməsin həqiqi sanana kimi. Qurular atəş alıb ətrafa gur şölə verər, Yaş hələ od tutuban alışıb yananə kimi. Doğru yol uğrunda müdam doğru mərdanə durar, Haqqın eşqiylə yanar ol şama pərvanə kimi. Cəhd edən əyri işə salar özün min zillətə, Titrəyər el yanında incə yarpaq, nanə kimi. Əflatun söz toxuyar bu ikili xilqət üçün, Şəninə nəğmə deyər hər biri dürdanə kimi. |