DEDILƏR
Aradım dost ellərini,
Axirəti qan dedilər. Dedim dünya dostum hanı? Olubdu viran dedilər. Dedim kimin dünya mülkü? Sənə qalmaz axır bil ki. Dedim olsan bir mənimki, Sevdadan usan dedilər. Dedim eşqi çəkdim başa, Dedi onu verrəm qoşa. Dedim yandım bu atəşə, Bir də alış, yan dedilər. Dedim məstəm həvəsindən, Ümidim yox özgəsindən. İlham aldım Haqq səsindən, Bu eşqimə "can" dedilər. Dedim varmı mənim kimi, Oda düşə tənim kimi? Çox olubdu sənin kimi Bir belə büryan dedilər. Mən gəzirəm düz ilqarı, Tapammıram könül yarı. Boylan üzü Haqqa sarı, Doludu hər yan dedilər. Əflatunam dilimdə Haqq, Söyləmərəm sözü nahaq. Dedim dərdə yoldaş olaq, Olarsan üryan dedilər. |