İnsan nə qədər yığsada sərvət göz doymur
İnsan nə qədər yığsada sərvət göz doymur,
Sürtür gözə mal – mülkünü illət gözü doymur. Ölkəmdə yerin altı qızıl, üstü qızıldır, Xalqınsa qonub ömrünə dövlət gözü doymur. Dövlət dediyin xanədə üç – beş nəfər insan, İnsan da ki, nəfsindən ibarət, gözü doymur. Xalqın yaşamaq haqqını qarət eliyənlər, Bilməm nə məramındadı, niyyət gözü doymur. Zalım, o qədər sərvəti qəbrün uda bilməz! Ağ parça qızıldan elə, şayət gözü doymur! Bir bənzəridir nəfsimizin sanki cəhənnəm, Uduqca udan nəsnədi əlbət gözü doymur. Nəzm etməmişəm boş yerə bənzətməni insan! Şair Anarın ibrətə fitrət gözü doymur. Müəllif: Anar Əhəd |