MƏNİ GƏZMƏ ÖZGƏ YERDƏ...
Məni gəzmə özgə yerdə,
Şeirlərim ünvanımdır. Söz mülkündə mən də varam, Mürəkkəbim saf qanımdır. Haqq-ədalət bir şüarım, Halallığım dövlət-varım. Allahımdır gözəl yarım, Sədaqətim ad-sanımdır. Sözə müştaq yaranmışam, Dost sözünü hey anmışam. Haq kəlməni dürr sanmışam, Həqiqətlər imanımdır. Əflatun, sən söz düz bəri, Söz demədim heç üzbəri. Tanrı zikri dil əzbəri, Hər dəqiqəm, hər anımdır. |
Keleminiz yüreğiniz var olsun.
Tüm İnsanlığa kandilimiz kutlu olsun
Hayrlara vesile olsun.İnşallah.
............... Selâm ve Duâ ile.